Əliyar Ağayev "Mançester Siti" - "Barselona" matçını idarə etdi: Qırmızı vərəqə, 9 qol!

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Mançester Siti" - "Barselona" matçını idarə edib. 

Newsport.az-ın məlumatına görə, Nyon şəhərindəki Kolovra stadionunda keçirilən qarşılaşmada 9 qol qeydə alınıb. "Barselona" rəqibini 5:4 hesabı ilə məğlub edib. İspaniya təmsilçisi bu nəticədən sonra finala adlayan tərəf olub. 

Əliyar Ağayev bu matçda əlini 5 dəfə cibinə atıb. O, "Mançester Siti" və "Barselona"dan iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb. FİFA referimiz 36-cı dəqiqədə "şəhərlilər"in oyunçusuna qırmızı vərəqə göstərib. 

Turnirin digər finalçısı "Çelsi" olub. "Portu" ilə əsas və əlavə vaxtı heç-heçə (2:2) nəticələnən matçın penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn "zadəganlar" finala vəsiqə qazanıb.  “Çelsi” Gənclər Liqasında “Qarabağ”la bir qrupda mübarizə aparıb, hər iki qarşılaşmada qalib gəlmişdi. 

Qeyd edək ki, "Mançester Siti" - "Barselona" matçında Əliyar Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olub. Dördüncü hakim funksiyasını Sandro Scharer (İsveçrə) yerinə yetirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right