“Buffonun yerində olsaydım, hakimi döyərdim"

“Yuventus”un sabiq qapıçısı Stefano Takkoni Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə “Real”a qarşı keçirilmiş oyun haqda danışıb.

Newsport.az
xəbər verir ki, o, matçın hakimi 
Maykl Oliveri tənqid edib və bildirib ki, Buffonun yerində olsaydı hakimə daha sərt davranardı:

“Buffonun yerində olsaydım, hakimi döyərdim.Bu, uğurlu karyeranın möhtəşəm sonluğu olardı. Mtçın 95-ci dəqiqəsində belə penalti vermək düzgün deyil. 


Pyerluici Kollina UEFA-da hakim təyinatını düzgün qaydada aparmır. 2000-ci ildə keçirilən “Yuventus” - “Peruca” görüşündə Kollinanın özü kimi, dünənki matçın hakimi də satılmışdı. Hakim təyinatlarını həyata keçirən şəxsi üç ildən bir dəyişmək lazımdır”. 

Qeyd edək ki, cavab matçında "Real" 1-3 məğlub olmasına baxmayaraq, mərhələ adlayan tərəf olub. (İlk oyun 0-3)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right