"Ronaldo heç vaxt penaltiləri qaçırmaz” Zinəddin Zidan

UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab matçında “Yuventus”la qarşılaşan “Real Madrid”in  baş məşqçisi Zinəddin Zidan görüşü dəyərləndirib.

Newsport.az xəbər verir ki, fransalı mütəxəssis çox çətin bir oyundan çıxdıqlarını və azarkeşlərinə qorxu dolu anlar yaşatdıqlarını bildirib:

“Çox xoşbəxtəm. Çünki, çətin 180 dəqiqəni geridə qoduq. Qorxu dolu anlar yaşatdıq azarkeşlərimizə. “Yuventus” çox yaxşı oyun sərgilədi. Çünki 0-3-dən 3-1 etmək çətindir. İlk hissədə çoxlu şanslarımız oldu, lakin top qapıdan keçmək istəmirdi sanki. Etdiyim dəyişikliklərin komandama xeyri dəydiyini düşünürəm. Lukas Vazgezin vurulan qolda böyük payı oldu”.

Verilən penaltiyə də münasibət bildirən Zidan Hakimin haqlı qərar çıxardığını açıqlayıb: “Penalti haqlı qərar idi. Hər kəs mənimlə razıdır. Ronaldo topun arxasına keçdi və lazım olan qolu vurdu. O, heç vaxt penaltiləri qaçırmaz”.

Qeyd edək ki,  Zidanın kollektivi ilk oyunda 3-0 qalib gəlib. Cavab matçında isə 1-3 məğlub olmasına baxmayaraq adını ½ mərhələyə yazdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right