“Barselona”nın başına gələn, bizim başımıza gəlməyəcəkdi Marselo

UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab matçında “Yuventus”a məğlub olmalarına baxmayaraq mərhələ adlayan “Real”ın müdafiəçisi Marselo matçın ardından jurnalistlərlə fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, təcrübəli futbolçu açıqlaması zamanı əzəli rəqibləri “Barselona”ya da söz atıb:

“Çox çətin və gərgin bir oyun oldu. “Yuventus” əzimkarlıq göstərdi, lakin sonda möcüzə olmasına imkan vermədik. “Barselona”nın başına gələn, bizim başımıza gəlməyəcəkdi. Çünki, biz “Real Madrid”ik”.

Braziliyalı futbolçu mübahisəli penalti epizoduna da münasibət bildirib: “Əminliklə söyləyə bilərəm ki, orada penalti var idi”.

Qeyd edək ki, “Real” cavab matçında 1-3 məğlub olmasına baxmayaraq, mərhələni adlayan tərəf olub.  (İlk oyun 3-0)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right