"Orada penalti var idi" Ronaldo

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a cavab oyunundan sonra jurnalistlərə açıqlama verib. 

Newsport.az xəbər verir ki, Ronlado penaltinin haqlı qərar olduğunu bildirib: "Bu oyunda çox əziyyət çəkdik. Bu matç bizə yaxşı dərs olacaq. Futbolda heç vaxt heç nə əvvəldən həll olunmayıb. Sonuna kimi vuruşmaq lazımdır. Daha çox qol vura bilərdik. Amma Buffon və "Yuventus"un futbolçuları buna imkan vermədilər".

Ronaldo "Yuventus"un qapısına təyin olunan penalti haqda da danışıb: 

"Mən anlamıram, onlar niyə etiraz edirdilər. Orada penalti var idi. Həmin vaxt özümü sakit saxladım. Çünki anlayırdım ki, həlledici andır".

Qeyd edək ki, "Real" iki oyunun nəticəsinə (3:0, 1:3) əsasən yarımfinala yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right