"Messinin videolarına baxaraq böyümüşəm" Cengiz Ündər

“Roma”nın futbolçusu Cengiz Ündər Çempionlar Liqasının 1/4 finalının “Barselona” ilə cavab qarşılaşmasında 3:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəldikləri matçdan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi oyunla bağlı və Lionel Messi haqda danışıb: "Millidə ilk vurduğum qol və bu günkü sevincim həyatımın ən özəl günlərindədir. Özümü ilk dəfə bu qədər xoşbəxt hiss edirəm. İnşallah, yarımfinalda da bu uğura imza ataraq finala çıxarıq. Mən 10 yaşından bəri Lionel Messinin videolarına baxaraq böyümüşəm. Onunla qarşılaşmaq fərqli duyğudur. Qələbə üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Cengiz Ünder matçda vurulan son qolun ötürməsini edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right