"Perotti "Qarabağ"a qol vurarkən də yaxşı hisslər keçirirdik" "Roma"nın prezidenti

İtaliyanın "Roma" klubunun prezidenti Ceyms Pallotta UEFA çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Barselona"nı 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, yarımfinala yüksəlmələrini dəyərləndirən ABŞ-lı funksioner inanılmazı reallaşdırdıqlarını deyib:

"Bu, ən gözəl qələbə, möhtəşəm gecədir. İnanılmazı reallaşdırdıq. İlk oyunda bəxtimiz gətirməsə də, bugünkü qarşılaşmada məğlubiyyətin əvəzini çıxmağı bacardıq. Qrup mərhələsinin son oyununda Perotti "Qarabağ"a qol vurarkən də yaxşı hisslər keçirirdik. Lakin bugünkü sevincimizin həddi-hüququ yoxdur. Bu nailiyyətimiz unudulmazdır".

Pallotta "Barselona"nı darmadağın etməkdə baş məşqçi Eusebio Di Françeskonun əvəzləmələrinin xüsusi rol oynadığını vurğulayıb: "Artıq dünyanın 4 ən güclü komandası sırasındayıq. Komandamızın belə möhtəşəm oyununu indiyə qədər görməmişəm. Əla oynamağa qadir olduğumuzu göstərdik. Bu, prezidentliyim dövründə qazanılan ən yaxşı qələbəmizdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right