"Olanlara görə məsuliyyəti öz üzərimə alıram" Ernesto Valverde

“Mövsüm uzundur və Çempionlar Liqasını qazanmaq çətindir. Azarkeşlərin məyusluğunu anlayıram. Yarımfinalda oynamaq istəsək də, bu, futboldur. Bəzən uğursuzluğu həzm etməli olursan".

Newsport.az xəbər verir ki, bu sözləri "Roma" "Barselona" görüşündən sonra qonaqların baş məşqçisi Ernesto Valverde jurnalistlərlə oyun haqda fikirlərini bölüşərkən bildirib: 

Bu gün istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Rəqib isə çox aqressiv idi. “Roma”nı tərbik edirəm. Onlar bizə çoxlu problem yaşatdılar. İndi isə tək işimiz, əlimizdə qalanlara köklənməkdir.

Olanlara görə məsuliyyəti öz üzərimə alıram. Çünki, komandaya rəhbərlik edən mənəm. Ümid edirəm ki, bu nəticə İspaniya çempionatı və kubokundakı oyunumuza təsir göstərməyəcək”. 

Qeyd edək ki,ilk oyunda 1-4 hesabıyla məğlub olan "Roma" cavab matçında 0-3 qalib gələrək mərhələ adlayan tərəf olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right