"Sanenin qolu hesaba alınmalıydı" Pep Qvardiola

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində doğma meydanda "Liverpul"a uduzan "Mançhester Siti"nin baş məşqçisi Pep Qvardiola jurnalistlərə müsahibə verib. 

Newsport.az
xəbər verir ki, 47 yaşlı mütəxəssis məğlub olmalarının səbəbini hakimin vurduğları qolu hesaba almamasında görüb. 

“Dedim ki, Sanenin qolu hesaba alınmalıydı. Buna görə məni qovdular Halbuki həminda hesab 2:0 ola bilərdib. Hər şey fərqli olardı, əgər Salah ilk oyunda ofsaytdan qol vurmasaydı... Elə Jezus da ofsaytdan fərqləndi. Çempionlar Liqasında komandaların gücü yaxındır. Bu səbəbdən də hər hansı hakim səhvi nəticəyə böyük təsir edir”.

Qeyd edək ki, "Mançhester Siti" "Liverpul"a ilk oyunda 3-0 cavab oyununda isə 1-2 hesabıyla məğlub olaraq mübarizəni dayandırıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah