"Hər şey son anda bəlli olacaq”

UEFA Çempionlar Liqasının ¼ finalında “Mançhester Siti”ylə ilk oyunda zədələnərək meydanı tərk edən klubun aparıcı üzvü Muhammed Salahın son durumuna aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp misirli futbolçunun vəziyyəti haqda danışıb. O, bildirib ki, “Salah oyundan sonra mənə özünü yaxşı hiss etdiyini söylədi. Ancaq hal-hazırda gözləməkdən başqa çarəmiz yoxdur. Hər şey son anda bəlli olacaq”.

Qeyd edək ki, “Liverpul”  bu gün Çempionlar Liqasının cavab matçında səfərdə “Mançhest Siti” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right