"Roma" və "Liverpul" yarımfinalda Yenilənib

Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, keçiriləcək iki oyunla yarımfinalın iki iştirakçısı müəyyənləşib.

“Roma” öz meydanında “Barselona”nı qəbul edib. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxın olsa da, İtaliya təmsilçisi inanılmazı bacarıb. Rəqibini 3:0 hesabı ilə darmadağın edən İtaliya təmsilçisi ən güclü 4 komanda sırasına vəsiqə qazanıb.

Digər oyunda isə “Mançester Siti” “Liverpul”u qəbul edib. Liverpulda keçirilən ilk görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşən Xosep Qvardiolanın komandası bu dəfə erkən qol vursa da, "LiverpuL" ikinci hissədə 2 qol vurmaqla əzmkar qələbə qazanıb. 
 
 

10 aprel

 

"Roma" - "Barselona" - 3:0
Qollar: 
Edin Ceko, 6, De Rossi, 58-pen, Manolas, 83
İlk oyun - 1:4
Baş hakim: Kleman Türpen (Fransa)

"Mançester Siti" - "Liverpul" - 1:2 
Qollar: 
Qabriel Jesus, 3 (1:0), Məhəmməd Salah, 56 (1:1), Firmino, 77 (1:2)
İlk oyun - 0:3
Baş hakim: Antonio Mateo Lahoz (İspaniya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right