"Mən komandama inanıram" Pep Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ÇL-in 1/4 finalında "Liverpul"a 0:3 hesablı uduzduqları matçın ardından açıqlama verib.

Newsport.az xəbər verir ki, təcrübəli çalışdırıcı böyük hesablı yenilgiyə baxmayaraq, əllərindən gələni edəcəkləri söyləyib:

"Bu hesaba inana bilmirəm. Ancaq önümüzdə toparlanmaq üçün 6 gün var. Bunu bacaracağımıza inanıram. Kimsə inanmır ki, yarımfinala adlayaq. Biz artıq bunun əksini düşünməyə başlayacağıq. Mən komandama inanıram. Önümüzdə 90 dəqiqə var. Əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, cütün cavab görüşü aprelin 10-da baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right