"Bu cür nəticəni gözləmirdim" - Klopp

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda “Mançester Siti”ni böyük hesabla məğlub edən (3:0) “Liverpul”un baş məşqçisi Yurgen Klopp oyunla bağlı fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, alman mütəxəssis oyunsonrası mətbuat konfransında ilk hissədə möhtəşəm çıxış etdiklərini deyib:

“İlk hissədə möhtəşəm çıxış etdik. Futbol belə olmalıdı. Biz “Mançester Siti”nin oyun səviyyəsini bilirdik, lakin öz gücümüzə də bələd idik. Biz “Mançester Siti” kimi rəqiblərlə oyunlarda qarşılaşmaya daha çox nəzarət edə bilsək və top itirməsəydik, indi İngiltərə çempionatında onlara daha yaxın idik.

Bu gün biz iki oyunçumuzu - zədə səbəbindən Məhəmməd Salahı və sarı vərəqə limitinə görə Cordan Hendersonu itirdik. Buna görə, təəssüflənəcək səbəbimiz var. Salah onda hər şeyin qaydasında olduğunu deyir. Ancaq onunla bağlı məsələyə həkimlərin rəyindən sonra aydınlıq gələcək.

Bu cür nəticəni gözləmirdim, lakin fasilədən sonra da oynamalı idik. Rəqibin çoxlu qol fürsətləri olmadı, lakin biz də ikinci hissədə futbol oynamadıq. Yalnız ilk hissədə yaxşı oyun sərgilədik. İlk yarıda biz bütün oyun komponentində çox fəal idik. Zonalarda mükəmməl mübarizə apardıq, boş zonaları ustalıqla bağladıq. Topu ələ keçirdiyimiz zaman həmişə lazım olan yerdə olurduq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right