"Hal-hazırda üzərimizə düşən, özümüzə gəlib, cavab görüşünə hazırlaşmaqdır" Kevin De Bruyne

UEFA Çempionlar Liqasının ¼ finalının ilk oyununda “Liverpul”a məğlub olan “Mançhester Siti”nin futbolçusu Kevin De Bruyne rəqib futbolçu Muhammed Salahın yüksək performansından danışıb.

Newsport.az xəbər verir ki, ilk növbədə oyun haqda fikirlərini açıqlayan gənc futbolçu, bu hesabın onlar üçün surpriz olduğunu bildirib: “Gözlənilmədən məğlub olduq. Hesabın bu cür bitəcəyi ağlımıza belə  gəlməzdi. Lakin 0-3 hesabı ilə məğlub olduq. Hal-hazırda üzərimizə düşən, özümüzə gəlib, cavab görüşünə yüksək səviyyədə hazırlaşmaqdır”.

Bruyne rəqibin misirli futbolçusu Muhammed Salah haqda da danışıb: “Salah çox istedadlı hücumçudur. Düzünü desəm, ondan bu gün bu oyunu gözləmirdim. Çox baxımlı futbol sərgilədi”.

Qeyd edək ki, görüş "Liverpul"un 3-0  hesablı qələbəsiylə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right