"Tükürpədən bir atmosifer olacaq"

UEFA Çempionlar Liqası 1/8 finalının cavab qarşılaşmasında “Beşiktaş”la qarşılaşacaq “Bavariya”nın baş məşqçisi Yupp Haynkes matç öncəsi oyun haqda fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun gərgin keçəcəyini və tükürpədən bir qarşılaşma olacağını açıqlayıb:

“10 nəfər qalmaq Çempionlar Liqasında işləri çətinə salar.”Beşiktaş” da ilk matçda bu şanssızlıqla üzləşdi. Biz, həmin görüşdə sadəcə, öz oyunumuzu oynadıq. Onların bir nəfər azlıqda qalması isə bizim işimizi asanlaşdırdı.

Tükürpədən bir atmosifer olacaq. Türk azarkeşlər dünyada çılğınlıqları ilə seçilir. Futbol burada daha həvəslə qarşılanır. Bizim üçün çətin olacaq, lakin öz oyunumuzu göstərməyə çalışacağıq”.

Əlavə edək ki, bu görüşdə “Bavariya” qələbə qazanacağı təqdirdə, baş məşqçi Yupp Haynkes Çempionlar Liqasında üst-üstə 11-ci qalibiyyətini qazanmış ilk məşqçi olaraq tarixə düşəcək.

“Beşiktaş” “Bavariya” matçı bu axşam, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. (İlk oyun 5-0)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right