"24 saatdan artıq üzülməyə zamanımız yoxdur" Mouriniyo

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində,  doğma meydanda “Seviliya”ya məğlub olaraq (1-2) mübarizəni dayandıran “Mançhester Yunayted”in baş məşqçisi Joze Mouriniyo oyunsonrası verdiyi açıqlamalarla səs-küyə səbəb olub.

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis məğlub olduqları üçün üzülməyə yetəri qədər vaxtlarının olmadığını bildirib:

“Mən “Porto” və “Real Madrid” ilə “Mançhester Yunayted”i bu stadionda dəfələrlə məğlub etmişəm. Çempionlar Liqasında məğlub olmaq bu klub üçün yeni bir şey deyil. Yenildiyimiz haqda oturub düşünmək niyyətində deyilik. Gələn həftə oyunumuz var və 24 saatdan artıq üzülməyə zamanımız yoxdur. Bu futboldur və məğlub olmaq dünyanın sonu demək deyil”.

Qeyd edək ki, bu açıqlamadan sonra klubun azarkeşləri Mouriniyonun istefasını tələb edirlər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right