"Bu atmosiferi həyacanla gözləyirik"

“Bavariya”nın futbolçusu Tomas Müller “Beşiktaş”la cavab qarşılaşmasından öncə jurnalistlərə açıqlama verib.

Newsport.az xəbər verir ki, almaniyalı hüumçu, onları çətin bir matç gözlədiyini və bu görüşə,  doğma meydanda qazandıqları qələbəni unudaraq çıxdıqlarını bildirib:

“Beşiktaş”la görüş bizim üçün önəmlidir. Azarkeşləri dünyada çox məşhurdur. Biz, bu atmosiferi həyacanla gözləyirik. Baxımlı bir oyun nümayiş etdirmək istəyirik. Bizim üçün önəmli olan, oyun başladıqdan sonra, rəqibə ümid verəcək səhvlər etməməkdir”.

Qeyd edək ki, iki klub arasında keçirilən ilk görüşdə "Bavariya" 5-0 hesabı ilə qalib gəlib. Cavab görüşü isə bu gün, Bakı vaxtı ilə 22:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right