"Roma" və "Sevilya" 1/4 finalda Yenilənib

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha iki 1/4 finalçı müəyyənləşib.

"Qarabağ"ın yer aldığı qrupu lider kimi başa vuran "Roma" öz meydanında "Şaxtyor"la qarşılaşıb. Meydan sahibləri 1:0 hesabıyla qalib gələrək mərhələ adlayıb.

Digər görüşdə isə "Mançester Yunayted" "Sevilya"nı qəbul edib. Qonaqlar 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

Qeyd edək ki, sabah keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.

 

13 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 1:0
Qol:
 Dzeko, 52
İlk oyun - 1:2

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) 1:2
Qollar: Ben Yedder, 74 (0:1); 78 (0:2), Lukaku, 84 (1:2)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right