ÇL-də yeni rekord

İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, bu komanda bir oyundakı ötürmələrin sayına görə rekorda imza atıb. Xosep Qvardiolanın yetirmələri buna ÇL-in 1/8 final mərhələsinin “Bazel”lə (İsveçrə) cavab oyununda (1:2, ilk oyun 4:0) nail olublar. Mançester təmsilçisi bu oyunda 978 ötürmə ilə yadda qalıb ki, bu da qitənin ən nüfuzlu klub turnirində yeni göstəricidi.

Xatırladaq ki, “Mançester Siti” martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində qarşılaşdığı “Çelsi” ilə oyunda da 902 ötürmə ilə sözügedən ölkə çempionatında yeni rekord müəyyənləşdirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right