Iquain: "Uemblidən qalibiyyətlə ayrılmaq qürurverici hissdir"

“Yuventus”un futbolçusu Qonzalo İquain UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Tottenhem”lə (1-2) qarşılaşdıqları görüş haqda fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, 30 yaşlı forvard Uemblidə qələbə qazandıqları üçün çox xoşbəxt olduqlarını deyib: “Uemblidən qalibiyyətlə ayrılmaq qürurverici hissdir. Təbii ki, çox sevinirəm. Bizi çətin bir oyun gözlədiyini bilirdik. Lakin önəmli olan buradan qalib ayrılmağımız idi ki, bunu da bacardıq”.

Qeyd edək ki,  İquain bu görüşün 64-cü dəqiqəsində fərqlənərək, komandasının mərhələ adlamasında böyük pay sahibi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right