Poçettino: " Bütün bunlara baxmayaraq komandamla qürur duyuram"

"Tottenhem"in baş məşqçisi Maurisio Pakettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"a (1:2) məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlama verib.

Newsport.az xəbər verir ki, Pakettino bildirib ki, "3 dəqiqədə 2 səhv etdik və buna görə də Çempionlar Liqasında mübarizəni dayandırdıq. Çox məyusuq, çünki biz "Yuventus"dan daha çox növbəti mərhələyə yüksəlməyə layiq idik. 

Matç ərzində üstün tərəf biz idik. "Yuventus" qapımıza iki və ya üç dəfə yaxınlaşdı və etdiyimiz səhvə görə bizi cəzalandırdılar. Bütün bunlara baxmayaraq komandamla qürur duyuram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right