Alleqri: "Bu komanda tərifə layiqdir"

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalında "Tottenhem"ə 2:1 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini jurnalistlərlə bölüşüb.

Newsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis  əziyyətlərinin bəhrələrini gördükləri üçün çox xoşbəxt olduqlarını bildirib: "Uembli" kimi bir stadionda qalib gəldik. Səbr etdik, düzgün zamanı gözlədik və qələbə qazanmağı bacardıq.

Hər iki oyuna baxdıqda növbəti mərhələyə yüksəlməyə layiq olduğumuzu düşünürəm. Çox şadam ki, əziyyətimizin bəhrəsini gördük. Bu komanda tərifə layiqdir. Futbolçularımla fəxr edirəm". 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right