“Bavariya” - “Beşiktaş” oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” - “Beşiktaş” oyununun hakimləri bəlli olub.

Newsport.az-ın məlumatına görə, UEFA matçı rumıniyalı hakimlər briqadasına həvalə edib.

Oyunun baş hakimi Ovidiu Hateqan olacaq. Ona həmyerliləri Oktavian Şovre və Sebastian George kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Radu Ginkulea yerinə yetirəcək.

“Bavariya” - “Beşiktaş” oyunu fevralın 20-də saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right