"Hakimin verdiyi qərarlar da görüşün axarına təsir etdi" Emeri

Dünən UEFA Çrmpionlar Liqasının  1/8 finalında “Real”ın qonağı (1-3) olan PSJ-nin baş məşqçisi Unay Emeri oynundan sonra düşüncələrini jurnalistlərlə bölüşüb.

Newsport.az xəbər verir ki, oyunun idarəçiliyindən narazı qalan Emeri bildirib ki, "Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. “Real” isə çox təhlükəli əks-hücumlar qurmağa qadirdi. Səhvlərimizdən yararlanmağı bacardılar və qələbə qazandılar. Düzdür, bu qələbədə hakimin verdiyi qərarlar da görüşün axarına təsir etdi. Lakin cavab görüşündə də bu oyunumuzu nümayiş etdirsək nəticə əldə edə bilərik".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü martın 6-nda "Park de Prens" də keçiriləcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right