"Qarabağ"ın ÇL-da qazancı nə qədər oldu?

UEFA Çempionlar Liqasına qatılmaqla tarix yazan təmsilçimiz "Qarabağ" üçün Avropa macərası artıq sona çatıb.

Newsport.az xəbər verir ki, Qurbanovun kollektivi keçirdiyi 6 oyundan yalnız ikisində xal qazana bilib. Həmin oyunlar isə "Atletiko" ilə görüşlərə təsadüf edir.  Belə ki,  məhsuldar heç-heçə ilə "köhlən atlar" qrup mərhələsində də büdcələrinə  1 milyon avro qazanc qətirə biliblər. Xatırladaq ki, Pley-off mərhələsində Danimarka “Kopenhagen”ini məğlub edən ağdamlılar 12,7 milyon avroya sahib çıxmışdı. Marketinq gəlirlərini nəzərə alsaq, buradan təxminən 2 milyon yarım avro gəlir əldə ediləcək. 

Qeyd edək ki,  “Qarabağ”ın ÇL-da ümumi qazancını nəzərə alsaq,  16 milyon avro olacaq. Bu isə 32 milyon manat edir. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right