İbrahim Şehiç Çempionlar Liqasının ən yaxşısı seçildi

UEFA Çempionlar Liqasının qrup mərhələsi ərzində ən yaxşı çıxış edən futbolçuların adlarına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, qitənin nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ"ın futbolçusu İbrahim Şehiç də ən yaxşılardan biri olub. Belə ki, 29 yaşlı qolkiper İbrahim Şehiç seyv sayında turnirin “1 nömrə”si olub. O, 6 oyuna 35 seyv edərək ən yaxşılardandır.

Qeyd edək ki, digər  futbolçulardan “Maribor”un çərçivə qoruyucusu Yasmin Handanoviç 32 qurtatış edi, . MOİK-in qolkiperi İqor Akinfeyevin hesabında 29 seyv var. Andrey Pyatov (“Şaxtyor”) 25, Silvio Proto (“Olimpiakos”) 24 zərbə dəf etməklə ilk “beşlik”də yer alıb. Bombardirlərin sıralamasına isə portuqaliyalı forvard Ronaldo başçılıq edir. “Real Madrid"in oyunçusu 6 oyuna 9 dəfə fərqlənərək hamını qabağlayır. Assist edənlərdən isə "Liverpul"un futbolçusu Ceyms Milner 1-ci olub. Onun hesabında 5 qol ötürməsi var. Ən çox ötürmə verən oyunçu siyahısına isə “Sevilya”nın futbolçusu Ever Baneqa başçılıq edir. Onun aktivində  613 ötürmə var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right