"Atletiko"nun futbolçusu: "Səbəbkar "Qarabağ"dır"

Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasına yollanan “Atletiko”nun yarımmüdafiəçisi Saul Niges açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, qitənin ən nüfuzlu klub turnirində mübarizə dayandırdıqlarına görə özlərini tənqid etməli olduqlarını bildirib. 

Futbolçu əsas səbəb kimi “Qarabağ”la hər iki oyunda itirilən xalları göstərib: “Düşünüb bir az özümüzü tənqid etməliyik. “Roma” kimi komandaya qalib gəldik. Hər iki matçda onlardan xal aldıq. Lakin italyanlar ÇL-də yoluna davam edir. Biz isə “Qarabağ”la oyunlara baxmalıyıq. Hər iki qarşılaşmada xal itirdik.

Bu olmamalı idi. “Çelsi” və “Roma” onlarla hər iki oyunda qələbə qazandı. Bizim mübarizəni dayandırmağımızın səbəbkarı “Qarabağ”dır. Həmin oyunları düşünməsək və ya fikirləşsək ki, hər iki matçda xal almışıq o zaman hər şey başqa oalcaqdı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right