"Onlar bizim üçün ciddi problem törətməyəcək" Antonio Konte

UEFA Çempionlar Liqasının qrupundan çıxmağı bacaran “Çelsi”nin baş məşqçisi Antonio Konte 1/8 final görüşündə qarşılaşa biləcəkləri ehtimal edilən klubların adını açıqlayıb.

Newsport.az xəbər verir ki, jurnalistlərə verdiyi müsahibəsində italiyalı mütəxəssis bildirib ki, “güclü rəqiblər ilə düşmək bizim üçün ciddi problem törətməyəcək.  Fikrimcə PSJ, “Barselona” və “Beşiktaş” üçlüyündən biri ilə qarşılaşma ehtimalımız var” deyib. Hazırki vəziyyətlərindən də danışan Konte yüksək səviyyədə olduqlarını bildirib. "Qoy rəqiblərimiz bizdən çəkinsin" sözlərini işlətən 48 yaşlı mütəxəssis, iddialı çıxışı ilə diqqət çəkib.

Qeyd edək ki, “Çelsi” “Qarabağ”ında yer aldığı C qrupundan lider kimi 1/8 final mərhələsinə vəsiqə qazanaraq, öz rəqibini gözləyir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz