Maksim Medvedev: “Mən bir az utanıram elə şey etməyə" Müsahibə

"Bu günləri top ilə çox rəftar edə bilmədik. Onun üçün də bizdə bəzi problemlər yarandı. Lakin nəticə də çalışdıq ki, yaxşı oyun nümayiş etdirək. Düzdü bəzi məqamlarda səhvlərə yol verdik. Elə ona görə də qapımızda top gördük. Təəsüflər olsun ki, əlimizə düşən qol imkanlarından da istifadə edə bilmədik və bir xal da buradan aparmamağımıza bir az məyus olduq".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın oyunçusu Maksim Medvedev Romaya ezam olunmuş müxbirimizin suallarını cavablandırarkən bildirib. 

-Arxada qoydoğunuz 6 oyunu necə dəyərləndirirsiniz?

-Normalda çox adam bizdən ümumiyyətlə heçnə gözləmirdi. Ağır qrupda qərarlaşdığımızı bildirirdilər. Lakin oyundan-oyuna baxdıqda hiss olunurdu ki, komanda da irəliləyiş var. “Atletiko”dan iki xal götürə bildik. Bu Azərbaycan və “Qarabağ” üçün böyük bir nəticədir. Bizim üçün bu çox böyük bir təcrübə oldu.

-Keçirdiyiniz 6 oyun içərisində ən zəif və ən güclü oyununuz hansını sayırsan?

-Ən zəif oyunumuz məlmudur ki, ilk oyunumuz oldu. “Çelsi” ilə. Çünki təcrübəmiz yox idi. Yaxşı oyunumuz isə “Atletiko” ilə səfər görüşümüz oldu məncə.

-Bir neçə böyük klubun stadionunda oynadınız, hansında daha xoş idi oynamaq sizin üçün?

-Açığı ən xoşuma gələn öz stadionumuzdakı oyun oldu. Doğurudan da ab-hava şox yaxşı idi orada. Aamma səfər oyunları arasında “Atletiko”nun stadionu çox xoşuma gəldi.

-Bəlkə də futbolçuların hər birinə eyni sual verildi. Bəs sən kim ilə maykanı dəyişdin?

-6 oyuna çıxmışam, hər birisin də formam özümdə qaldı. Belə deyim də, mən bir az utanıram elə şey etməyə. Gedim kimnənsə formamı dəyişim. Məndə elə bir həvəs yoxdur ki, hansısa futbolçuya deyim ki, mayka dəyişək. Formalarımı isə düşünürəm ki, öz azarkeşlərimizə versəm daha yaxşı olar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right