Əfran İsmayılov: "Beş ən yaxşı komandaları Bakıya gətirməyi bacardıq" Müsahibə

"Bilirdik ki, ÇL-da son oyunumuzdur. İstəyirdik yaxşı başa vuraq. Baxmayaraq ki, 1-0 uduzduq, amma düşünürəm ki, layiqli mübarizə apardıq. Rəqib adlı-sanlı “Roma” idi. Elə oyunçuları var ki, hər şansı dəyərləndirə bilirlər və elə bir şans düşdü, onu da dəyərləndirməyi bacardılar. Anacaq irəliyə baxmaq lazımdır. Fikirləşmək lazımdır ki, yenə çempion olub, ÇL-ya vəsiqə qazanaq".

Newsport.az xəbər verir ki,  bu sözləri "Roma" ilə səfər matçından sonra (1-0) "Qarabağ"ın futbolçusu Əfran İsmayılov stadiona ezam olunmuş müxbirimizə bildirib.

-ÇL bitdi. Necə təhlil edərdin oyunlarınızı? Qazanılan iki xalı qazanc kimi qəbul etmək olarmı?

-Ümumi götürsək yaxşı təhlil edərdim. Çünki dünyanın beş ən yaxşı komandalarını Bakıya gətirməyi bacardıq. İlk oyunlarımız olduğu üçün elə də istədiyimiz kimi alınmadı bəzi oyunlar. Lakin ÇL-ya alışmağa başlayırıq. Gələn il inşallah vəsiqə qazanıb daha yaxşı nəticə göstərərik.

-İtkilərlə çıxmışdız oyuna. İtkiləriniz olmasaydı tam fərqli oyun gözləyə bilərdikmi sizdən?

-Düzdü itkilərimiz var idi. Lakin əsaəs odur ki, itkilərə baxmayaraq biz istədiyimiz oyunu göstərə bildik ən azından.

-Son oyun oldu. Görüşdən sonra kim ilə formanı dəyişdin?

-Mən heç kəslə...





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right