Qara Qarayev: " Hər kəs üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirdi" Müsahibə

"Oyunun daha gərgin keçəcəyini gözləyirdik. Çünki “Roma”nın bu oyunda xal itirmək niyyəti yox idi “Atletiko”da bizdən sərfəli nəticə gözləyirdi. Yaxşı oyun göstərdik fikrimcə. Lkin gözlədiyimiz kimi olmadı. Ani bir vəziyyətdə qapımızda qol gördük. Ondan sonra oynamağa çalışdıq, lakin istədiyimizə nail ola bilmədik. Ümid edirəm liqa ərzində ölkəmizi layiqincə təmsil edə bildik" 

Newsport.az xəbər verir ki,bu sözləri oyunsonrası ağdamlıların futbolçusu Qara Qarayev stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandırakən deyib.

- Futbolçu üçün hansı daha çox üzücü ola bilər, böyük hesablı məğlubiyyət? Ya yaxşı oyun göstərib bir sıfır hesabı ilə  məğlub olmaq?

-Əlbbətdə ki, böyük hesablı məğlubiyyət. Bir də bizim üçüb bu oyun elə də güclü mahiyyət daşımırdı deyə, böyük hesabla məğlub olsaydıq yaxşı olmazdı.

-İtikilər var idi. Üç oyunçunuz meydanda yox idi. Onların yerinə forma geyinən futbolçuları necə dəyərləndirirsən?

-Fərdi olaraq ayırd etmək istəmirəm.Ancaq düşünürəm ki, hər kəs üzərinə götürdüyü vəzifəni layiqincə yerinə yetirdi.

-Qaranın De Rossinin vəziyyətinə çatması üçün nə lazımdı?

-Mənim üçün şans lazımdı. Şans verilsə bu suala dəqiq cavab verəcəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right