Tahir Gözəl: " Alnıaçıq və gürurla başa vurduq Çempionlar Liqasını"

“Hər kəsi təbrik edirəm. Çox gözəl oyun alındı. Rəqib çox güclü və nəhəng bir klub idi. Uşaqlar da yaxşı oynadılar. Bir neçə epizodumuz oldu ki, fərqlənə bilsəydik UEFA-nın qədəri dəyişəcəkdi. Çünki “Atletiko” “Çelsi” ilə səfərdə fərqləndi və onların tək ümidi biz idik. Bəxt belə gətirdi ki, kimin hara çıxacağına “Qarabağ” qərar vermiş oldu. Bu əlbətdə bizim üçün sevincli bir haldır. Ümid edirdik ki, bərabərə qalarıq. Lkin hesab edirəm ki, alnıaçıq və gürurla başa vurduq Çempionlar Liqasını. Baxmayaraq ki, bizim üç oyunçumuz zədəli idi” Newsport.az xəbər verir ki, Bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl "Roma ilə oyunsonrası İtaliyaya ezam olunmuş əməkdaşımıza verdiyi müsahibəsində bildirib. 

-Çempionlar Liqasında 6 oyun keçirdiniz. Bu altı oyunu necə dəyərləndirirsiz?

- ilk oyunumuz “Çelsi” ilə oldu. Bu oyuna çox böyük bir həyacanla çıxmışdıq. Həmin oyundakı məğlubiyyətimizi ilk olduğumuz üçün elə də böyük hesablı məğlubiyyət saymıram. “Atletiko” ilə matçı da çox yüksək qiymətləndirirəm.  “Roma” ilə Bakıdakı oyunumuzdan çox razı qaldım. “Çelsi” ilə oyunumuz həyatımda  mənim üçün bəlkə də ən ağır oyunlardan biri oldu. Hələ də yadımdan çıxmır və mənə çox pis təsir etdi həmin oyun. Qırmızı kartlarımız çox oldu. Bu günki ofside qərarına da baxmaq lazımdı. Məncə mübahisəli bir epizoddur.

-“Qarabağ”ın ÇL-ya düşməsi özü böyük bir uğurdur. Onun üçün də yaxşı hadisələrdən danışaq. Qzanılan xalları gözlüyürdünüzmü?

-Çox şükürlər olsun. Çox razıyam. Siz klubların tarixlərinə baxın, ən gənc bizik. Qarşımızdakı klublar çox nəhəng klublardır. Bizim məqsədimiz “Qrabağ”ın adını Avropada duyurmaq idi. Bu gün mən deyəndə ki, mən “Qarabağ”ın prezidentiyəm, məni  təbrik edirlər. “Qarabağ” adı artıq Avropada futbolsevərlərin ehtiramla baxdığı, qoçaq və mərd klub kimi tanınır.

-“Qarabağ”ın bundan sonra ki, hədəfi nədir?

-Bundan sonra əsas hədəfimiz yeni oyunçular yetişdirməkdir. Klubun büdcəsi az olduöu üçün bizim əsas məqsədimiz xaricidən yox, yerli oyunçulara üstünlük verməkdir.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right