"Qarabağ" layiqli rəqib idi" - Françesko

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilən «Roma» - «Qarabağ» matçından sonra «Roma»nın baş məşqçisi Eusebio di Françesko jurnalistlərin suallarını cavablandırıb:

- Komandanızın o qədər də baxımlı oyun sərgiləmədiyini nəzərə alaraq emosiyalarınızı, təəssüratlarınızı bilmək istərdik.

- Xüsusi təəssüratım yoxdur. Futbolçular bu qələbəni çox istəyirdi. İlk hissədə o qədər də yaxşı oynamadıq. Fasilədən sonra isə hücumların kəsərini artıraraq istəyimizə çatdıq. Artıq 1/8 final və daha böyük hədəflər haqqında düşünməliyik. BUndan sonra daha çox çalışacaq və istəkli olacağıq. «Atletiko» kimi komandanı yarışdan kənarda qoymaq, «Çelsi»ni qabaqlayaraq qrupda 1-ci yeri tutmaq «Roma» adına böyük hadisədir.

- Komandanın sol cinahı hücumların qurulmasında daha yaxşı çıxış edir. «Roma»nın sol cinahını Avropanın ən yaxşılarından hesab etmək olarmı?

- Sol cinahda futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bundan razıyam. Amma daha çox qol görmək istəyirəm. Əldə olunanlardan daha çoxuna nail olmaq fikrindəyik.

- Qurban Qurbanovun mətbuat konfransında «Sky Sport»un əməkdaşı canlı yayıma qoşularaq məşqçinin sözünü bir neçə dəqiqəlik kəsdi. Eyni halla Bakıda üzləşsəydiniz münasibətiniz necə olardı?

- Mənə verilən bütün suallara həmişə cavab verməyə çalışıram. Futbolla bağlı bütün suallarınızı cavablandırmağa hazıram. Amma futboldankənar, şəxsi sualları cavablandırmağa çətinlik çəkirəm.

- Sabah pley-offun bütün iştirakçıları məlum olacaq. «Roma»nın «Bavariya» və «Real» kimi rəqiblərlə qarşılaşmaq ehtimalı var. Belə rəqiblərdən qorxmursunuz?

- Heç bir rəqibdən qorxmuruq. Hansısa komandadan çəkinəsi olsaq, indiyə kimi dediklərimin heç bir 
mənası olmazdı.

- Bakıda və burada qarşılaşdığınız iki «Qarabağ» arasında hansı fərqləri gördünüz? Ümumiyyətlə, ÇL-nın debütantının çıxışı haqqında nə deyə bilərsiniz?

- «Çelsi» ilə oyunu çıxmaq şərtilə «Qarabağ» yaxşı oyun sərgilədi. «Qarabağ» layiqli rəqib idi. Xüsusilə, «Atletiko» ilə oyunda daha yaxşı oynadı və bizim pley-ofa çıxmağımıza bir növ kömək etdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right