"Qarabağ"ın əks-hücumları xoşuma gəldi" - De Rossi

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının qrup mərhələsində son turunsəfərdə “Roma”lı həmyaşıdlarıyla qarşılaşıb. Oyun İtaliya klubunun 3:0 hesablı qələbəsiylə başa çatıb. 

Qarşılaşmadan sonra romalıların baş məşqçisi Alberto de Rossi Newsport.azn Romaya ezam olunan əməkdaşına açıqlamasında bu fikirləri bildirib:

"Əgər komandalar qrupda aşağı sıralarda olmasaydı, oyunda motivasiya da daha yüksək olardı. Bu üzdən hər iki komandanın ifasında istəkli oyun görə bilmədik. "Qarabağ" çox yaxşı komandadır. Xoşuma gəldi. Xüsusən də nəticəyə baxmayaraq, onların əks-hücumları daha yaxşı alınırdı. Açığı, "Atletiko" üzərində "Qarabağ"ın qazandığı qələbə də mənə təəccüblü gəlmədi. Çünki bizimlə ilk oyunda artıq bu komandanın nəyə qadir olduğunu bilirdim. Gələcək illərdə "Qarabağ" bu təcrübəsindən yararlanacaq". 


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right