Quardiola: " Futbolçularımdan kimin Şaxtiyorla oynamaq istədiyini soruşdum"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola çempionlar liqasında 6-cı turda səfərdə Şaxtyorla qarşılaşmadan oyun haqda fikirlərini bildirib. 

Newsport.az xəbər verir ki, jurnalistlərə verdiyi mesahibədə ispaniyalı mütəxəssis bildirib ki, "Soyunub-geyinmə otağında futbolçulardan kimin Şaxtyorla oynamaq istədiyini , kimin isə dincəlmək istədiyini soruşdum. Çünki, avtobusa oturub Ukraynaya yollanmaq üçün aeroporta getdikdın sonra mən yalnız qələbə haqqında düşünəcəyəm. "Şaxtyor"a , "Napoli"yə və Çempionlar liqasına hörmətlə yanaşıram.Nüfuzumuz üçün 18 xal toplamaq şansımız var", – deyə Quardiola bildirib.

 

Qeyd edək ki, İngiltərə çempionatının lideri artıq Çempionlar liqasında öz qrupunda 1-ci yeri təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right