Rəşad Sadıqov: "Bu ilk addımlarını atan Azərbaycan futbolu üçün tarixdir" Müsahibə

Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA-nın saytına müsahibə verib.

 

Newsport.az saytı həmin müsahibəni təqdim edir:

 

- Çempionlar Liqasının qrup mərhələsində oynayırsız...

- Hər bir Avropa ölkəsindəki klublar Çempionlar Liqasının əsas mərhələsində oynamaq istəyir. Bu futbolun inkişafına təkan verir. Hər kəs qrupa düşdüyümüz vaxt başqa cür sevindi və bunu hamı gördü. Azərbaycanda futbol sevgisi 5 dəfə gücləndi. Futbol haqqında söhbətlər başladı. Uşaqlar, qadınlar, yaşlı nəsil, bir sözlə hər kəs bizim oyunlarımızı müzakirə edirdi. Bu irəliyə atılmış vacib addım idi. 8 il ərzində sitemli şəkildə inkişaf etdik və Çempionlar Liqasının qrup mərhələsinə düşdük.

 

- Rəqibləriniz dünyanın adlı-sanlı klublarıdır. Onlar haqqında nə düşünürsünüz?

- Rəqiblərimizə gəldikdə, bu komandalarla Avropa Liqasında görüşə bilərik, yoldaşlqı oyunlarında oynaya bilərik. Belə güclü millilərə qarşı yığmada oynadıq. Amma Çempionlar Liqası xüsusi bir şeydir. ÇL qrup mərhələsi Avropa və dünya çempionatları kimi yarışlarıa futbolun zirvəsində yer alır. Onlara qarşı yüksək səviyyəli oynamaq çox çətindir. “Çelsi”, “Roma”, “Atletiko” ilə oyunlar, ciddi sınaq, təcrübə və məktəbdir. Bu ilk addımlarını atan Azərbaycan futbolu üçün tarixdir.

 

- Dövlət sizə necə dəstək oldu?

- Hər yerdə inkişafa nail olmaq üçün dəstək lazımdır. Ötən 10-15 il ərzində Azərbaycanda futbol dövlətdən xüsusi diqqət gördü. Son zamanlarda istər klub səviyyəsində, istərsə də, milli komanda səviyyəsində seçilənlər sırasına daxil olduq. Bir çox uğurlara imza atdıq. Bəlkə də Avropa miqyasında böyük nəticvələr qazanmırıq. Amma milli komandamız qitə və dünya çempionatlarında güclü rəqiblərlə mübarizə apardı. Futbolumuzun gənc olduğunu unutmamalıyıq. Bu faktoru nəzərə alsaq, çıxışlarımız qənaətbəxşdir. Oyun və nəticələrimizi qaldırmaq üçün çox çalışırıq.

 

- Azarkeşlər haqqında...

- Düşünürəm ki, Azərbaycan futbolu indi populyarlığın zirvəsindədir. Ancaq keçmiş SSSRİ günlərindəki “Neftçi”nin oyununa gələnlərlə müqayisə edə bilmərəm. Ondan sonra çox azarkeş millinin oyunlarına, hətta çempionat matçlarına gəldi. Ancaq müasir tarixdə Azərbaycanda futbol elə də məşhur deyil. “Qarabağ” fanatlarına gəlincə, hava necə olur olsun, onlar komandaya yaxındır və bizə dəstək verirlər. Arxamızda bizə dəstək olanların nəfəsini hiss edirik. Futbolçularımız şəxsən azarkeşlərlə tanış olurlar, onlarla daima ünsiyyət qururlar. Avropa, Çempionlar Liqası zamanı stadionlarda atmosfer çox fərqli və xüsusidir. Bizim legionerlərimiz, qonaq gələn komandalar bunu bilir və görür. Azarkeşlər rəqiblərə təzyiq göstərirlər.

 

- Gənclərin kumirləri kimlərdir?

- Mənim uşaqlığımda xəstəsi olduğumuz futbolçular var idi. Devid Bekhem, Fabio Kannavaronu vurğulamaq olar. Bu yaxınlarda isə Lionel Messi və Kriştianu Ronaldonu qeyd edərdim. Onlara hörmət edirəm. Uzun illərdir sabit çıxış etdiklərinə görə məni çox təəccübləndirirlər. Amma deyə bilmərəm ki, kimsə mənim üçün kumirdir və ya büt kimidir. Belə bir şey yoxdur. Artıq 35 yaşındayam. Əvvəllər amma kumirlərim var idi.

 

- Qurban Qurbanovun məşqçilik istedadını necə şərh edərdiniz?

- Qurban Qurbanov komandanı formalaşdırır və biz onun oyun fəlsəfəsini həyata keçirməyə çalışırıq. Mən deyə bilərəm ki, “Qarabağ”ın nümayiş etdirdiyi oyun Qurban Qurbanovun təbiətini əks etdirir. Qurbanovu aşağıdakı sözlərlə izah edə bilərəm: Nəcib, mehriban,səmimi, təvəzökar insan. Komandamız bu cür adamlardan formalaşır. Rəqiblərə hörmətlə yanaşırıq və ədalətli oyun prinsiplərinə əməl edirik. Müdafiədə oturmağı sevmirik və hücum futbolu oynayırıq. 

 

- “Roma” ilə Romadakı görüşdən nə gözləyirsiz?

- “Roma” ilə evdəki matçımız ilk ev oyunumuz idi. Görüş bizim üçün bir az həyəcanlı və gərgin başladı. Tezliklə rəqib iki qol vurdu. Bizim evdə yaxşı oynamağımız, azarkeşlərimiz üçün vacib idi. 0:2 geri düşməyimizə baxmayaraq xarakter göstərdik və qol da vurduq. Tədricən rəqibə daha ciddi müqavimət göstərib aradakı boşluğu azaltdıq. Lakin təəssüf ki, bundan artığını bacarmadıq və uduzduq. Ancaq oyundan sonra hər kəs öz məmnunluğunu, “Qarabağ”ın rəqibə belə müqavimətini alqışlayırdı. Əlbəttə ki, biz daim mübarizə aparacağıq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right