De Rossi: "Qarabağ"la görüşümüz Çempionlar Liqasındakı ən yaxşı matçlarımızdan biri olacaq"

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”ı qəbul edəcək “Roma”nın yarımmüdafiəçisi Daniele De Rossi oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Newsport.az xəbər verir ki, “canavarlar”ın kapitanı bu matça “Yuventus” və “Milan”a qarşı oyunlardakı kimi hazırlaşdıqlarını deyib:

 

“Bizim üçün çox vacib oyundu. "Qarabağ"la görüşümüz Çempionlar Liqasındakı ən yaxşı matçlarımızdan biri olacaq. “Qarabağ”la matça “Milan” və “Yuventus”la oyunlara olduğu kimi hazırlaşmışıq”.

 

“Roma” - “Qarabağ” oyunu sabah “Olimpiko” stadionunda keçiriləcək və saat 23:45-də başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right