İbrahimoviç bir ilkə imza atıb

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç adını Çempionlar Liqasının tarixinə yazdırıb.

Newsport.az xəbər verir ki, qoleador "qırmızı şeytanlar"ın heyətində ÇL-də ilk oyununu "Bazel"lə matçda keçirib. Bununla da İbrahimoviç 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.

Oyuna 74-cü dəqiqədə daxil olan 36 yaşlı forvard bundan əvvəl “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ ilə Çempionlar Liqasında iştirak edib.

Matçda isə "Bazel" 1:0 hesabı ilə qalib gəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right