"Atletiko Madrid"in talei "Qarabağ"ın əlindədi

UEFA Çempionlar Liqasının 5-ci turunda doğma meydanda "Roma"nı qəbul edən (2-0) "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, biz vacib qələbə qazandıq. Növbəti mərhələyə adlamaq şansımız qalmaqdadır. Lakin bunun üçün "Qarabağ"ın "Roma"dan xal alması lazımdır.

Newsport.az xəbər verir ki, ilk öncə oyun haqda danışan  47 yaşlı mütəxəssis "biz vacib qələbə qazandıq. Növbəti mərhələyə adlamaq şansımız qalmaqdadır. Lakin bunun üçün "Qarabağ"ın "Roma"dan xal alması lazımdır" deyib. O, bu matçın Romadakı ilk qarşılaşmadan elə də fərqlənmədiyini bildirib: "Sadəcə  bu dəfə istədiklərimizi reallaşdırdıq. Qrizmann və Qameyro əlinə düşən imkanlardan istifadə etdilər. Qələbə bizə lazım idi və bunu bacardıq".

 Argentinalı mütəxəssis sonuncu turda keçiriləcək “Roma” – “Qarabağ” görüşünün nəticəsinin  onlar üçün önəmli olduğunu deyib. " İndi Londonda qalib gəlməli və “Roma”nın “Qarabağ”la görüşdə xal itirməsini gözləməliyik. Başqa variantımız yoxdur. Ümidimiz yalnız həmin oyunadı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right