Villian: "Hakim haqlıdı"

"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə təmsilçimiz "Qarabağ"a 4:0 hesabı ilə qalib gəlib. Bu nəticə London klubunu 1/8 finala yüksəldib.

Newsport.az xəbər verir ki, qarşılaşmada dubla imza atan və komandasına 19-cu dəqiqədə şübhəli penalti qazandıran Villian açıqlama verib. Braziliyalı vinger bildirib ki, Rəşad Sadıqov ona yüngül təmas edib: "İki qol vurduğum üçün sevinirəm. Layiqli qələbə qazandıq. Oyunun əvvəlindən yaxşı oynadıq. Penalti epizodunda yüngül təmas var idi. Ona görə də hakim haqlı qərar verdi".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right