Hakimdən ağılsız qərar

Çempionlar Liqasında “Qarabağ”ın “Çelsi”yə 0:4 məğlub olduğu matça hakim qərarları damğa vurub.

 

Newsport.az xəbər verir ki, portuqaliyalı hakim Manel De Souzanın Rəşad Sadıqova qırmızı vərəqə verdiyi epizoda İngiltərənin məşhur “The Sun” qəzeti penaltinin mübahisəli olduğunu və qırmızı vərəqənin yanlış verildiyini qeyd edib. Nəşr xəbərə "Ağılsız qərar" başlığını verib və hakimin qərarına hətta "Çelsi" azarkeşlərinin də təəccübləndiyini vurğulayıb.

 

Eyni fikirləri “Çelsi” azarkeşləri tvitterdə də paylaşıblar. Onların arasında tanınmış jurnalist Mazolo Malefe də var. O, qırmızı kart qərarının çox sərt olduğunu bildirib.

 

Qeyd edək ki, görüşün baş hakimi matçın 19-cu dəqiqəsində Rəşad Sadıqovun cərimə meydançasında rəqiblə mübarizəsini qayda pozuntusu kimi qiymətləndirərək ona qırmızı vərəqə görtərib, “Qarabağ”ın qapısına penalti təyin edib. Zərbəni dəqiq yerinə yetirən “Çelsi” təmsilçimizin say azlığından yararalanaraq daha 3 qol vuraraq 4:0 hesabı ilə qalib gəlib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right