İngiltərə mətbuatı hakim səhvindən yazdı FOTOLAR

Çempionlar Liqasında “Qarabağ”ın “Çelsi”yə 0:4 məğlub olduğu matça hakim qərarları damğa vurub.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı hakim Manel De Souzanın Rəşad Sadıqova qırmızı vərəqə verdiyi epizod İngiltərə mətbuatının da gündəminə düşüb.

Məşhur “The Sun” qəzeti ilk penaltinin mübahisəli olduğunu və qırmızı vərəqənin isə yanlış verildiyini yazıb. Nəşr xəbərə "Çılğın qərar" başlığını verib və hakimin qərarına hətta "Çelsi" azarkeşlərinin də təəccübləndiyini vurğulayıb.

Eyni fikirləri “Çelsi” azarkeşləri tvitterdə də paylaşıblar. Onların arasında tanınmış jurnalist Mazolo Malefe də var. O, qırmızı kart qərarının çox sərt olduğunu bildirib.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah