Elmar Məmmədyarov:"Ardıcıl 3 oyunda verilən qırmızı vərəqə bizi də məcbur edir ki, ...”

“Qarabağ" çox yaxşı oynadı. Mən komandamızın oyunundan razıyam”

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir bildirib ki, oyunun qırılma nöqtəsi matçın 20-ci dəqiqəsində oldu: “Təəssüf ki, hakim haqsızlıq etdi. Rəşad Sadıqova göstərilən qırmızı vərəqəni doğru hesab etmirəm”.

Məmmədyarov onu da qeyd edib ki, “Qarabağ”ın futbolçularına ardıcıl 3 oyunda verilən qırmızı bərədə məqsədli şəkildə deyil: “Deməzdim ki, “Qarabağ”ın futbolçularına məqsədli şəkildə qırmızı vərəqə verilir. Ardıcıl 3 oyunda verilən qırmızı vərəqə bizi də məcbur edir ki, məsələyə diqqətlə yanaşaq. ”

Çempionlar Liqasında iştirakı Azərbaycanın xarici siyasətinə böyük təkandır: “Hər tərəfdə “Qarabağ”ın oyunu işıqlandırılır. Bu da bizim üçün böyük dəstəkdir. Fikrimcə, “Qarabağ”ın oyunu Azərbaycan futbolunun inkişafda olduğunu göstərir”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right