Rövnəq Abdullayev:" Yəqin ki, qaydaları dəyişiblər "

“Hamımız “Qarabağ” üçün çətin olacağını bilirdik”.

Newsport.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

AFFA rəsmisi Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutan “Qarabağ” – “Çesli” oyununu izləyib.

Qurum prezidenti oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb. O, hakimin “Qarabağ”ın əleyhinə səhv qərarlar qəbul etdiyini deyib: “Epizodlara yenidən baxmaq lazımdı. Amma görünən odur ki, hakimlər oyunu “qırdılar”. Amma futboldu, hər şey ol bilər”.

Abdullayev “Qarabağ”ın son oyunlarda daha çox qırmızı vərəqə almasına toxunub: “Qarabağ” son oyunlarda çoz qırmızı vərəqə alır. İnanmıram ki, bu, məqsədli şəkildə olsun”. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right