Maksim Medvedev:" Hakim İstəyirdi ki, ilk dəqiqələrdən komandanın oyununu sındırsın"

Biz rəqibi yaxşı analiz etmişdik.Oyuna yaxşı başladıq. Hər şey etdik, lakin qırmızı kart və penalti, iki həftəlik hazırlığımızı alt-üst etdi. Bu sözləri "Qarabağ" "Çelsi" görüşündən sonra "köhlən atlar"ın yarımmüdafiəçisi Maksim Medvediyev deyib.

Newsport.az xəbər verir ki, Maksim hakim səhvlərindən və oyuna hazırlıqlarından danışıb:

-Maksim İngilis dilini bildiyin üçün hakimlə danışırdın, nə deyirdi hakim sənə? Üz cizgilərində insanlıq və yaxud da mərhəmət görürdünmü?

-Belə deyimdə ilk dəfə idi belə bir hakim ilə rastlaşırdım. Biz komanda ilə üstünə getdik ki, heç olmasa penall verirsən, qırmızı vermə. Lakin o, qərarını dəyişmədi. Qırmızı və Rəşadın oyundan qovulmasından sonra çalışdıq ki, psixoloji olaraq sınmayaq və mübarizə aparaq. Lakin sonradan olanları özünüz də gördünüz.

- Qol epizodu və  “Qarabağ”ın oyunu ələ alması, sənə elə gəlmədi ki, bucür oyun sanki hakimi belə qorxutdu?

-Çox fikirlər beyinə gəlir. Sadəcə olaraq onları səsləndirmək istəmirəm. Qırmızı kart alıb 10 nəfərlə “Çelsi”yə qarşı oynamağ şox çətindi. Dpğurudan da birinci dəqiqədən hakimin bizi gözü götürmürdü sanki. İstəyirdi ki, ilk dəqiqələrdən komandanın oyununu sındırsın.

- Qırmızı vərəqədən sonra baş məşqçi Qurban Qurbanov bütün komandanı başına yığdı. Elə təəssürat yarandı ki, sanki komanda meydanı yarımçıq tərk edir...

- Kənardan elə görünə bilər, ancaq ciddi bir şey deyildi. Belə bir şeyə hazır deyildik, ona görə də təcili şəkildə yerdəyişmələri başa saldı. Fasilədə isə tam başqa sistemə keçdik.
 
-Formanı kiminlə dəyişdiz?
 
-Heç kimlə. Oyunda elə vəziyyət yarandı ki, sanki məni futboldan küsdürdülər. Hakim bəzi epizodlarda özünü elə apardı ki…Oyunçuların üzünə baxırdım, sanki oynamaq istəmirdilər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right