Mahir Mədətov: "Penalti qərarının olduğunu da deyirlər, olmadığınıda" Müsahibə

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” doğma meydanda “Çelsi”ni qəbul edib.

Newsport.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın futbolçusu Mahir Mədətov stadiona ezam olunmuş əməkdaşımızın suallarını cavablandırıb.

-İkinci hissədə nə oldu komandaya? Yorğun idiz ya sistem pozulmuşdu?

- Yox sadəcə rəqib “Çelsi” idi, bildiyiniz kimi onlara qarşı oynamaq asan deyil. Ola bilər ki, müəyyən vaxtdan sonra bir az yorğunluq var idi.

- İlk hissədə Qurban müəllim hamını çağırdı, biz elə bildik sizə meydandan çıxmaqı bildirir, nə dedi sizə orada?

- Ehtiyyatlı olmağa çağırırdı hər kəsi. 10 nəfərlə qaldığımız üçün diqqətli olmağımızı bildirdi.

- Qapınıza təyin olunan penalti qərarının təkrarına baxılıbmı?

- Təkrara baxılıb. Penalti qərarının olduğunu da deyirlər, olmadığınıda. Mən özüm şəxsən baxmamışam.

- Oyundan sonra “Çelsi”nin paltardəyişmə otağına doğru yaxınlaşdın, içəri girdin. Bu nə ilə bağlı idi?

- Yox forma dəyişmək fikrim yox idi, sadəcə qapıçımız Kanibolotskini görmək üçün ora getdim. Mənim formalarımı anam geyinir. (gülür)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right