Antonio Konte: "Qarabağ"ın əla məşqçisi və futbolçuları var"

“Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə təmsilçimiz “Qarabağ”ı 4:0 hesabı ilə məğlub edib.
 
Newsport.az xəbər verir ki, oyundan sonra London klubunun baş məşqçisi Antonio Konte mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
- Qırmızı vərəqə və penaltilər oyunun marağını poazmadımı? “Çelsi”nin “Qarabağ” üzərində qələbəyə hakim köməyinə ehtiyac var idi?
- Açığı, mənim üçün çətindir. Dəqiq görmədim. Fikrimcə, hakim düzgün iş görməli və qərəzsiz olmalıdır.
 
- Mərhələ adlamaqla bağlı düşüncələriniz necədir?
- Bəli, bunu bacardıq. İlk hədəfimiz bu idi. “Atletiko” ilə oyunu həlledici matç etmədik. “Qarabağ” “Atletiko” ilə oyunlarda xal almışdı. Həmçinin, “Roma”ya başağrısı olmuşdu. Bu qələbə məni məmnun etdi.
 
- Vilyanın oyunu sizi razı saldı?
- Daha çox komanda haqda danışmağı xoşlayıram. Bütün futbolçular özlərini müsbət tərəfdən göstərdi. Vilyanın 2 qol vurdu. Bu, onda inam yaratmalıdır. Vilyan belə də davam etməlidir.
 
- Təyyarədə yatacaqsınız, yoxsa “Liverpul”la oyunu düşünəcəksiniz?
- Uçuş zamanı bunu düşünəcəm. Hazırlıqlar üçünn cəmi 1 günümüz qalacaq. Artıq növbəti matçı fikirləşirik.
 
- “Qarabağ” azarkeşlərinin hazırladığı xoreoqrafiyadan nə anladınız?
- Futbolçuların belə atmosferdə oynaması xoşdur. Futbol Azərbaycanda inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdır.  Öz fanatlarımıza da minnətdaram ki, uzun yol qət edərək bizi dəstəkləməyə gəldilər.
 
- İlk oyunla müqayisədə “Qarabağ”ın oyununda fərqli nə gördünüz? Ağdam təmsilçisi sizi təəccübləndirdimi?
- İlk oyunda “Qarabağ” təşkilatnmış şəkildə idi. Əla məşqçisi və oyunçuları var var. Bu gün “Qarabağ” 10 nəfərlə də yaxşı oynadı. Qurban Qurbanovu və futbolçularını bu oyun münasibətilə təbrik edirəm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right