"Real"ın oyunçusu şübhəlilər siyahısında

UEFA İspaniyanın "Real Madrid" klubunun futbolçusu Daniel Karvaxala qarşı intizam işi açıb.

Newsport.az xəbər verir ki, ispaniyalı müdafiəçi "Real"ın səfərdə qarşılaşdığı Kiprin APOEL klubu ilə matçda bilərəkdən sarı vərəqə almağda şübhəli bilinir.

Madrid təmsilçisinin 6:0 hesabı ilə qalib gəldiyi görüşün 90-cı dəqiqəsində Karvaxal vaxtı uzatdığı üçün sarı vərəqə alıb. Bu, 25 yaşlı müdafiəçi üçün cari mövsümdə üçüncü xəbərdarlıq olub. "Kral klubu"nun oyunçusu qrup mərhələsinin son turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə qarşılaşmanı buraxacaq. Lakin o, 1/8 final mərhələsində iştirak edə biləcək.

Qeyd edək ki, UEFA bu məsələyə dekabrın 7-də baxacağını açıqlayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right