Şenol Günəş "Qarabağ"ın oyununu canlı izləyəcək

Bu gün keçiriləcək "Qarabağ" "Çelsi" matçına maraq çox olduğundan, artıq məşhur şəxslər paytaxdımıza gəlməkdə davam edir.

Newsport.az xəbər verir ki, bunların arasında Türkiyənin "Beşikat" klubunun baş məşqçisi Şenol Günəşdə var. Bu gün Bakıya səfər edən 65 yaşlı məşqçi, "Qarabağ" "Çelsi" qarşılaşmasını izləməyə gəlib. Türkiyəli çalışdırıcı dünən "Porto" matçında qələbə qazandıqdan sonra Bakı Olimpia Stadionunda "Beşiktaş"ın ağ-qara rənglərini işıqlandırdığına görə, stadion rəhbərliyinə təşəkkürünü bildirəcək və canlı olaraq "Qarabağ"ın oyununu seyr edəcək. 

Qeyd edək ki, səfəri zamanı onun ölkəmizdəki "Beşiktaş" fanatları ilə də görüşəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right