Dino Ndlovu: "Çelsi”nin forması ilə paltardəyişmə otağına girsəydim, baş məşqçi bərk əsəbləşəcəkdi" Müsahibə

UEFA Çempionlar Liqasının qrup mərhələsində doğma meydanda "Çelsi" ilə qarşılaşacaq "köhlən atlar"ın afrikalı hücumçusu Dino Ndlovu oyunöncəsi "goal.com" saytına müsahibə verib.

Newsport.az xəbər verir ki, 27 yaşlı futbolçu əsasən "Çelsi" ilə oyun haqda danışıb. Səfərdə "Stemford Bric"dəki qarşılaşma barədə təsüratlarını da bölüşən futbolçu, hal-hazırda "Çelsi" fanatı olduğunu da gizlətməyib.

“Biz bu oyunda heç-heçə haqda düşünmürük. “Çelsi”ni məğlub etmək istəyirik. Həqiqətən inanırıq ki, öz oyunumuzu göstərib rəqibə qalib gələ bilərik. Evdə oynayırıq. 69 min bilet satılıb. Stadionda möhtəşəm atmosfer olacaq. Bu, Çempionlar Liqasında çıxış edən istənilən komanda üçün normal göstəricidir.
İlk oyunda “Çelsi”dən qorxmurduq. Amma onlara çox hörmət edirdik. Rəqib futbolçulara həmkar yox, televiziyadan izlədiyimiz ulduzlar kimi yanaşırdıq. Vaxt keçdikdə Çempionlar Liqasının qrupunda özümüzü daha rahat hiss etməyə başladıq. Bu səviyyədə keçirilən görüşlərdə necə oynamalı olduğumuzu düşündük. Dedik ki, biz bu qrupda da nəsə edə bilərik, hələ son deyil. Qarşıdakı 2 ounda rəqiblərimizdən nəsə ala bilərik Əminəm ki, “Çelsi” ilə budəfəki qarşılaşma da asan olmayacaq. Fabreqas, Kante və Azar kimi futbolçularla qarşılaşanda düşünürsən ki, onları itələyib, nəsə edə bilərsən. Amma çox güclü, ağıllı və cəlddirlər. Topa nəzarət etməyə çalışdığınız anda onu sizdən ala bilirlər. Bununla belə, ÇL-dəki son 2 matçda daha yaxşı oyun göstərəcəyimizə inanıram”.

Ndlovu “Stemford Bric”dəki oyundan (0:6) sonra “Çelsi”nin futbolçularından biri ilə formasını dəyişdirmək istəsə də, Qurban Qurbanovun reaksiyasından ehtiyat edib. Ancaq Bakıdakı oyunda yaxşı nəticə qazanacaqları halda formasını dəyişdirəcəyini bildirib: “Mən Azar və ya Batşuayi ilə formamı dəyişmək istəyirdim. Amma məsələ burasındadı ki, 0:6 hesabı ilə uduzmuşduq. Öz özümə dedim ki, belə məğlubiyyətdən sonra forma dəyişə bilmərəm. Əslində, hər iki futbolçu ilə danışmışdım. Sadəcə, “Çelsi”nin forması ilə paltardəyişmə otağına girsəydim, baş məşqçi bərk əsəbləşəcəkdi. Amma bu dəfə yaxşı nəticə qazansaq, istəyimi reallaşdırmağa çalışacam”.

“Qarabağ”la yaya qədər müqaviləsi olan Ndlovu komandada qalmaq istəyini gizlətməyib: “Oyun tərzinə görə “Qarabağ” “Barselona”ya bənzədilir. Biz topa nəzarət etməyi xoşlayırıq. Rəqiblərimiz isə bizimlə oyunda müdafiədə "avtobus" qururlar. “Qarabağ”ın start heyətində yer alan 11 futbolçunun hər biri milli üzvüdür. Heyətimizi uzun illərdir saxlayırıq. Yəni bizneslə məşğul olan klub deyilik. “Qarabağ”ın heyətində 6-7 ildi bir yerdə çıxış edən xeyli sayda futbolçu var. Onlar istedadlı olduqları üçün bu qədər müddətdə komandada qalıblar. Bir də “Qarabağ”da futbolçulara yaxşı məvacib verilir. “Qarabağ”la müqaviləmin müddəti 6 ay sonra başa çatacaq. Gələcək karyeramla bağlı klub rəhbərliyi ilə hələ heç bir müzakirəmiz olmayıb. Baş məşqçi məndən razı olduğunu deyib. Bayram tətilindən qayıdandan sonra rəhbərliklə oturub, danışacağıq, onların təklifinə baxacam. Hətta yaxşı təklif almasam belə, deyə bilərəm ki, karyeramın ən yaxşı illərini “Qarabağ”da keçirmişəm. Ailəm burda xoşbəxtdir. Əgər yaxşı yeni müqavilə təklifi alsam, burda qalmaq məni daha da xoşbəxt edər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right